Səmaya mən baxıram, həsrət ilə yanıram

Yaxın dostum Elgün Atalıyevin tərcüməsində bu şeiri çox bəyəndiyim üçün paylaşmağa qərar verdim. 1840-cı illərdə şair Mixailo Petrenko tərəfindən yazılan və Ukrayna ədəbiyyatının çox sevilən nümunələrindən olan bu şeir kosmosda ifa edilən ilk şeir hesab edilir. 1903-cü ildə bu şeirə musiqi bəstələnib və mahnının çoxsaylı ifaçıları arasında məşhur müğənnimiz Müslüm Maqomayev də var. 1962-ci ildə ukraynalı kosmonavt Pavel Popoviç bu şeiri “Vostok-4” kosmik gəmisinin göyərtəsində Yerətrafı orbitdə oxuyub.

Səmaya mən baxıram, həsrət ilə yanıram
Mixailo Petrenko

Səmaya mən baxıram, həsrət ilə yanıram:
Niyə deyiləm şahin, niyə mən uçmayıram,
Niyə vermədin qanad, ulu tanrım, sən mənə?
Yoxsa yeri tərk edib uçardım mən göylərə.

Buludlardan yüksəyə, yer üzündən uzağa,
Taleyimi tapmağa, qüssədən qurtulmağa.
Ulduzlardan, günəşdən nəvaziş istəyərdim,
Onların işığında qüssəmi qərq edərdim.

Sanki sevmir taleyim məni ta uşaqlıqdan,
Mən onun muzdlusuyam, avara və sərgərdan,
Yadam mən taleyimə, yadam həm insanlara!
Kimin ürəyi yanar kimsəsiz uşaqlara?

Bəlaya düçaram mən, yaxşılıq görməyirəm,
Əzabla və boşuna ömrümü keçirirəm,
Əzablarda bir şeyə mən artıq hali oldum,
Uzaq göylərdə imiş mənim əzəli yurdum.

Keşməkeşlidir həyat, olarsa, daha betər,
Baxaram mən göylərə dərhal könlüm şənlənər.
Yetim olduğumu mən həmin an unudaram,
Göylərin yüksəkliyin fikrimlə dolduraram.

Qartalın qanadları olsaydı məndə əgər,
Köçərdim mən göylərə yer üzünü tərk edər
İtiqanad qartal tək mən göylərə uçardım
Buludlarda əbədi qismətimi tapardım.

Advertisements
Bu yazı Poeziya, Ukrayna ədəbiyyatı kateqoriyasında dərc edildi və , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma